“Qatar Airways”in təyyarəsi Bakıya TƏCİLİ ENİŞ ETDİ

“Qatar Airways”in təyyarəsi Bakıya TƏCİLİ ENİŞ ETDİ
Kateqoriya məlum deyil
T

"Qatar Airways" aviaşirkətinə məxsus Doha-Tbilisi marşrutu üzrə uçan QTR253 reysli təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sfera.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib.

Bildirilib ki, hava gəmisinin komandiri təyinat məntəqəsi olan Tbilisidəki əlverişsiz hava şəraiti səbəbindən ehtiyat hava limanına eniş etmək qərarına gəlib.

"Airbus A320" tipli təyyarə yerli vaxtla saat 20:23-də Bakıda uğurla eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportu hava gəmisinə müvafiq prosedurlara uyğun xidmət göstərib. Hava şəraiti normallaşdıqdan sonra təyyarə təyinat məntəqəsinə uçuşunu davam etdirəcək.

PAYLAŞ