Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı

Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı
Kateqoriya məlum deyil
T

Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan İstanbul Aydın Universiteti (İAU) 2026–2027-ci tədris ili üzrə qəbul prosesinə start verib. Müasir kampüsü, beynəlxalq səviyyəli təhsil imkanları, geniş təqaüd proqramları və xaricdə tanınan diplomu ilə seçilən universitet bu il də azərbaycanlı gəncləri tələbələri sırasında görməyə dəvət edir.

125-dən çox ölkədən minlərlə xarici tələbənin təhsil aldığı, ümumilikdə isə 50 minə yaxın tələbəyə ev sahibliyi edən İstanbul Aydın Universiteti beynəlxalq təhsil mühiti, güclü akademik bazası və tələbəyönümlü yanaşması ilə Türkiyənin ən sürətlə inkişaf edən universitetləri sırasında yer alır.

İstanbul Aydın Universitetini seçmək üçün əsas səbəblər:

* İstanbulun mərkəzində, metrobüs xəttinin üzərində yerləşən rahat kampüs;

* 17 fakültə üzrə 170-dən çox ixtisas seçimi;

* Müasir laboratoriyalar, texnopark və beynəlxalq standartlara cavab verən tədris infrastrukturu;

* Türkiyə və dünyanın müxtəlif ölkələrindən tanınmış professorlardan ibarət akademik heyət;

* 52 ölkədə 340-dan çox universitetlə Erasmus+ mübadilə proqramı;

* 660-dan artıq universitetlə beynəlxalq akademik əməkdaşlıq;

* 300 çarpayılıq universitet xəstəxanası, 13 əməliyyat otağı və 92 poliklinikadan ibarət müasir tibb kompleksi;

* Akademik nailiyyətlərə görə 30, 50, 70 və 100 faizədək təqaüd imkanları;

* Məzunlarının yüksək işlə təmin olunma göstəricisi;

* 125-dən çox ölkədən gələn tələbələrin təhsil aldığı beynəlxalq universitet mühiti.

İstanbul Aydın Universitetinin diplomları beynəlxalq akademik standartlara uyğun olmaqla yanaşı, Azərbaycan Respublikasında da qanunvericiliyin tələblərinə uyğun şəkildə tanına bilir.

Ətraflı məlumat və müraciət üçün:

Telefon / WhatsApp: +994 55 559 67 17

Instagram: @iauazerbaijan


PAYLAŞ