Bu rayonlara 3 gün güclü yağış yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

Bu rayonlara 3 gün güclü yağış yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Azərbaycanın bəzi rayonlarında müşahidə olunan fasilələrlə yağıntılı hava şəraitinin iyulun 9-u gündüzədək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensiv olacağı, şimal və qərb rayonlarında isə güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.

PAYLAŞ