Anar Bayramov onu departament rəhbəri təyin etdi

Kateqoriya məlum deyil
T
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni departament müdiri təyin edilib.
Sfera.az bildirir ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsinə Şahin Cavanşir oğlu Hüseynov təyin olunub. Bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.
Qeyd edək ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli ötən ay vəzifəsindən azad edilib. /qaynarinfo
