İnterpolun axtarışa verdiyi azərbaycanlının təqibi dayandırılıb

İnterpolun axtarışa verdiyi azərbaycanlının təqibi dayandırılıb
Kateqoriya məlum deyil
T

İnterpolun vaxtilə axtarışa verdiyi şəxslə bağlı polis təqibinə son verilib. 

 

Sfera.az xatırladır ki, 1950-ci ildə Ağstafa rayonunda anadan olan Ramiz İsmayılov barəsində 2017-ci ildən İnterpolun xətti ilə axtarış elan olunmuşdu. R.İsmayılov istintaqdan yayındığı üçün Azərbaycanın məhkəmə orqanı onun barəsində həbs qətimkan tədbiri seçib və axtarış elan edib.

 

Həmin qərar əsasında da İnterpol onun barəsində beynəlxalq axtarış elan edib. (trend)

 

Qeyd edək ki, Ramiz İsmayılov haqqında təqib qərarı artıq dayandırılıb. 6 noyabr 2025-ci il tarixində Baş Prokurorluq tərəfindən 80283 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxsi İsmayılov Ramiz Sultanəli oğlu barəsində olan hissədə cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi əsası ilə xitam verilib.

 

****

 

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.
 

1950-ci ildə Ağstafa rayonunda anadan olmuş Ramiz İsmayılov cinayəti bilib gizlətməkdə təqsirləndirilir.
 

R.İsmayılov istintaqdan yayındığı üçün Azərbaycanın məhkəmə orqanı onun barəsində həbs qətimkan tədbiri seçib və axtarış elan edib.
 

Həmin qərar əsasında da İnterpol onun barəsində beynəlxalq axtarış elan edib. (trend)

 

Sfera.az

PAYLAŞ