Ən qeyri-adi dizayna malik smartfonların siyahısı açıqlanıb

BGR nəşrinin jurnalistləri ən qeyri-adi dizayna sahib smartfonları seçiblər.
Sfera.az bildirir ki, material media qurumunun rəsmi saytında dərc olunub.
Müəlliflərin sözlərinə görə, siyahıda yer alan bütün smartfonlar Android əməliyyat sistemi əsasında hazırlanıb. Onların fikrincə, Android istehsalçılara dizayn baxımından daha geniş yaradıcılıq imkanları təqdim edir. Siyahıda ilk diqqət çəkən modellərdən biri ekranı 90 dərəcə fırlanan "LG Wing 5G" olub. Müəlliflər qeyd ediblər ki, bu model bazardakı ümumi dizayn tendensiyalarından fərqlənən cəsarətli görünüşü və elektrik ötürücülü açılıb-bağlanan ön kamerası ilə seçilib.
Materialda həmçinin "BlackBerry Passport" modeli də xatırladılıb. Bu cihaz həm "BlackBerry OS", həm də Android əməliyyat sistemini işlədə bilən ilk telefonlardan biri kimi təqdim olunub.
Jurnalistlər "Amazon Fire Phone" modelini də diqqətə çatdırıblar. Smartfon 3D effektlərini dəstəkləyən ekranı ilə fərqlənsə də, müəlliflərin fikrincə, lazımsız sayda kameralarla təchiz edilməsi onun ən qəribə xüsusiyyətlərindən biri olub.
Mütəxəssisləri təəccübləndirən digər model isə daxili proyektora sahib "Samsung Galaxy Beam i8530" olub. Bundan başqa, "Motorola Backflip" də siyahıya daxil edilib. Bu telefonun arxa hissəsində yerləşən xüsusi dayaq qurğusu onu yataqyanı saat kimi istifadə etməyə imkan verirdi.
Jurnalistlər yekunda bildiriblər ki, sadalanan bütün bu cihazlar qeyri-adi həlləri ilə yadda qalsalar da, kommersiya baxımından uğur qazana bilməyiblər və satışlarda uğursuz olublar.
İnci
Sfera.az
