Nazir onu BDU-ya prorektor təyin etdi - Foto

Kateqoriya məlum deyil
T
Bakı Dövlət Universitetinə (BDU) yeni prorektor təyin olunub.
Sfera.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Mirzə Mirzəyev BDU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə gətirilib. O, son təyinatadək BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Nəbi Ramazanlı işləyib. O, bir müddət əvvəl tutduğu postdan azad edilib. \\ ölkə.az

