Sabah Bakıda arabir yağış və güclü külək olacaq - Proqnoz

Sabah Bakıda arabir yağış və güclü külək olacaq - Proqnoz
Kateqoriya məlum deyil
T

İyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv yağışların olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi bildirilir.

Havanın temperaturu gecə 19-23°, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi bildirilir.

Havanın temperaturu gecə 19-22°, gündüz 28-33°, dağlarda gecə 9-14°, gündüz 17-22°, bəzi yerlərdə isə 24-26° isti olacaq.


PAYLAŞ