“General-mayor” ali hərbi rütbəsi alan Elçin Abdullayev kimdir? - Dosye

“General-mayor” ali hərbi rütbəsi alan Elçin Abdullayev kimdir? - Dosye
Kateqoriya məlum deyil
T

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin polkovnik rütbəsi daşıyan 5 hərbi qulluqçusuna "general-mayor" ali hərbi rütbəsi verilib.

"General-mayor" ali hərbi rütbəsi alan hərbçilərdən biri Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayevdir.

O, 2024-cü ilin avqust ayının 16-da Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi təyin edilib.

Polkovnik E.Abdullayev bu vəzifədə general-mayor Hüseyn Mahmudovu əvəzləyib. \\yenisabah

PAYLAŞ