"Fənərbağça" ulduz futbolçu ilə razılaşdı, klubu 50 milyon avro istəyir - SON DƏQİQƏ

Türkiyənin "Fənərbağça" klubu heyətini gücləndirmək yolunda mühüm addım atıb.
Sfera.az xəbər verir ki, İstanbul təmsilçisi ingiltərəli hücumçu Meyson Qrinvud ilə şəxsi şərtlərdə tam razılığa gəlib.
Fransanın nüfuzlu "L'Equipe" nəşrinin yaydığı məlumata görə, transferin rəsmiləşməsi üçün klublar arasında danışıqlar davam edir. Lakin tərəflər hələlik qiymət məsələsində ortaq məxrəcə gələ bilmirlər.
Futbolçunun müqavilə ilə məxsus olduğu Fransanın "Marsel" klubu oyunçu üçün qapını 50-55 milyon avrodan açır. İstanbul nəhənginin təklifi isə fərqlidir. "Fənərbağça" bu transfer üçün Fransa təmsilçisinə 30 milyon avro və əlavə bonuslar təklif edib.
Klublar arasında razılıq əldə olunarsa, Meyson Qrinvudun tezliklə İstanbula gələcəyi gözlənilir./offsideplus.az

