Bu bürclərdən olan kişilər daha qısqanc olur - ADLAR

Bəzi bürclərin kişi nümayəndələri münasibətlərdə daha emosional və sahibkar davranışları ilə seçilir. Astroloji yanaşmalara görə, onlar sevdikləri insana qarşı güclü bağlılıq hiss etdikləri üçün bəzən qısqanclıq göstərə bilirlər.
Sfera.az xəbər verir ki, Əqrəb bürcü kişiləri qısqanclığı ilə ən çox tanınan bürclər sırasındadır. Onlar münasibətlərdə dərin hisslər yaşayır və qarşı tərəfdən tam sadiqlik gözləyirlər. Kiçik bir şübhə belə onların narahat olmasına səbəb ola bilər.
Buğa bürcü kişiləri də sahibkar xarakterləri ilə seçilir. Sevdikləri insana çox bağlanan Buğalar münasibətlərində güvən və sabitliyə önəm verir. Lakin diqqətin başqa istiqamətə yönəldiyini hiss etdikdə qısqanclıq göstərə bilərlər.
Şir bürcü nümayəndələri isə diqqət və dəyər görməyə ehtiyac duyan bürclərdən hesab olunur. Onlar sevdikləri insanın həyatında xüsusi yer tutmaq istəyir və bəzən bunu qısqanclıqla ifadə edə bilirlər.
Bəsti Rəfizadə
