24 saat korsetlə yaşayan qadın dünya rekorduna iddia edib

24 saat korsetlə yaşayan qadın dünya rekorduna iddia edib
Kateqoriya məlum deyil
T

ABŞ-nin Oreqon ştatının Portlend şəhərində yaşayan 50 yaşlı Sara Bell dünyanın ən incə belli qadını olmaq və rekord qırmaq üçün qeyri-adi həyat tərzi seçib.

Sfera.az xəbər verir ki, Sara 2012-ci ildən etibarən korset taxmağa başlayıb. Əvvəlcə duruşunu düzəltmək məqsədi daşıyan bu vərdiş sonradan onun əsas hədəfinə aparan vsaitəyə çevrilib. O, hazırda demək olar ki, günün 24 saatını korsetdə keçirir, hətta onunla yatır və idman edir.

İllər ərzində Saranın bel ölçüsü 68 santimetrdən 58 santimetrə qədər azalıb. Onun məqsədi isə belini 38 santimetrə qədər incəltməkdir. Bu göstərici uzun illər dünyanın ən kiçik belli qadınlarından biri hesab edilən Keti Yanqın rekorduna yaxındır.

Sara bildirib ki, bunu gözəllik standartlarına görə deyil, sənətə olan marağı səbəbindən edir. Onun sözlərinə görə, insan bədəni bir kətan, korset isə heykəltəraşlıq aləti kimidir.

Hazırda Sara xüsusi korsetlər hazırlayan emalatxana da idarə edir. O deyir ki, kiçik beldən daha çox onu yaradıcılıq və sənətkarlıq ilhamlandırır.

İnci

Sfera.az

PAYLAŞ