556 nəfər imtahan verdi: XİN-nə diplomatik xidmətə qəbul olacaqlar

556 nəfər imtahan verdi: XİN-nə diplomatik xidmətə qəbul olacaqlar
Kateqoriya məlum deyil
T

İyunun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xarici İşlər Nazirliyinə (XİN) diplomatik xidmətə qəbul üzrə yazılı imtahanın birinci mərhələsi (test imtahanı) keçirilib.

Bu barədə Sfera.az-a DİM-dən məlumat verilib. İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.

İmtahanda 556 namizəd iştirak edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar.

Nəticələr, həmçinin DİM-in saytında yerləşdiriləcək.

İmtahanda namizədlərə qanunvericilik vә ümumi sahәvi biliklәrini, həmçinin verbal, rәqәmsal mәlumatlarla işlәmә vә mücәrrәd düşünmә bacarığını yoxlayan 120 tapşırıq tәqdim olunub.

PAYLAŞ