Azərbaycanlı gənc Qara dənizdə boğuldu

Kateqoriya məlum deyil
T
Gürcüstanda azərbaycanlı gənc faciəvi şəkildə ölüb.
Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 21 yaşlı Elnur Nəbiyev Quriya rayonunun Ureki turist qəsəbəsində – Qara dənizdə boğulub.
Qeyd edək ki, mərhum Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Ağaməmmədli kəndinin sakini olub.
