Azərbaycanda ən çox işçi bu sahələrdə çalışır

2026-cı ilin mayın 1-nə olan məlumata əsasən, Azərbaycanda 1,792 milyondan artıq muzdlu işçi çalışır.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ən çox işçi ticarət və təhsil sahələrindədir.
Ticarət sahəsində 333,4 min, təhsil sahəsində isə 325,2 min işçi var.
Ticarət sahəsində çalışanların böyük əksəriyyəti özəl sektorda işləsə də, təhsildə daha çox işçi dövlət müəssisələrində fəaliyyət göstərir.
İşçi sayı çox olan sahələr arasında əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (155,4 min), emal sənayesi (138,3 min), tikinti (118,1 min), dövlət idarəetməsi və müdafiə; sosial təminat (109,3 min) sahələri də var.
Ölkəmizdə ən az işçi isə daşınmaz əmlakla əlaqədar əməliyyatlar (19,1 min), elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı (28,4 min), mədənçıxarma sənayesi (31,5 min) sahələrində işləyir.
Vasif
