Üç min manat cərimə oluna bilərsiniz - Yenilik

Kateqoriya məlum deyil
T
Barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumat verənlər cərimələnəcək.
Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan nzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 253-1.5-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Firuzə Əliyeva
Sfera.az
