“Namaz qılmaq cənnətə getmək üçün deyil” – Elşad Miri

Dinşünas Elşad Miri sosial şəbəkədə paylaşdığı fikirlərlə diqqət çəkib.
Sfera.az xəbər verir ki, o, bir çox insanın ibadətlərin mahiyyətini yanlış anladığını bildirib.
“Özlərini müsəlman hesab edənlər elə zənn edirlər ki, namaz qılmaqla, zəkat verməklə, həccə getməklə və ya ərəb dilində Quran oxumaqla cənnətə gedəcəklər”, - Elşad Miri qeyd edib.
O vurğulayıb ki, ibadətlər insanın mömin kimi həyat sürməsi, mənalı və dəyərlərə söykənən ömür yaşaması üçün vasitədir:
“Əslində isə namaz, həcc, oruc, zəkat, Quran öyrənmək mömin kimi həyatını davam etdirə bilən həyat yaşamaq üçündür. Həyata məna qatmaq, həyat burulğanında qorxmamaq üçündür”.
Qeyd edək ki, son illərdə dini mövzularda ən çox müzakirə olunan məsələlərdən biri də ibadətlərin forması ilə yanaşı, onların mahiyyəti və insan həyatındakı rolu ilə bağlıdır. Elşad Mirinin son paylaşımı da bu müzakirələrə yeni impuls verib.
Firuzə Əliyeva
Sfera.az
