SOCAR-da yeni təyinat - FOTO

SOCAR-da yeni təyinat - FOTO
Kateqoriya məlum deyil
T

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni mətbuat katibi təyin edilib.

 

Sfera.az xəbər verir ki, SOCAR-dan “Qafqazinfo”ya verilən məlumata görə, bu vəzifəyə Emin Sevdimalıyev təyinat alıb.

 

E.Sevdimalıyev uzun illər müxtəlif media qurumlarında, o cümlədən “Trend”də fəaliyyət göstərib.

 

Xatırladaq ki, E.Sevdimalıyevə qədər bu vəzifəni Orxan Hüseynov tuturdu.

 

Qeyd edək ki, təyinatla bağlı ilk məlumatı anews.az yayıb.

PAYLAŞ