Sinif yoldaşının yandırdığı uşağın SON DURUMU

Sinif yoldaşının yandırdığı uşağın SON DURUMU
Kateqoriya məlum deyil
T

286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb.
 

Sfera.az  xəbər verir ki, TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, uşağın vəziyyəti ağırdır:

 

"Dünən yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir".
 

Qeyd edək ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib.
 

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.

PAYLAŞ