Bunu edən kişilər uğur qazanır

Müasir psixoloji tədqiqatlar göstərir ki, uğur yalnız fərdi keyfiyyətlərlə deyil, eyni zamanda güclü və sağlam münasibətlərlə də sıx bağlıdır. Xüsusilə, həyat yoldaşlarının fikirlərini dinləyən kişilərin həm şəxsi həyatlarında, həm də karyeralarında daha uğurlu olduqları vurğulanır.
Sfera.az xəbər verir ki, araşdırmalara görə, qarşılıqlı hörmətə əsaslanan və açıq ünsiyyətin qurulduğu evliliklərdə problemlər daha asan həll olunur.
Həyat yoldaşını diqqətlə dinləyən kişilər emosional baxımdan daha sabit olur, qərarvermə qabiliyyətləri inkişaf edir və stresslə daha effektiv mübarizə aparırlar. Bu isə onların iş həyatında da daha uğurlu nəticələr əldə etməsinə şərait yaradır.
Bildirilir ki, dəstəkləyici münasibətlər motivasiyanı artırır, özünəinamı gücləndirir və fərdin dözümlülüyünü yüksəldir. Birgə qərarların verilməsi və emosional dəstək tərəfdaşlar arasında daha sağlam bağ yaradır.
Əksinə, dominantlıq, hörmətsizlik və qarşı tərəfi dinləməmək üzərində qurulan münasibətlərdə isə konfliktlərin sayı artır, bu da həm ailə daxilində, həm də şəxsi inkişaf baxımından mənfi nəticələrə gətirib çıxarır.
Fidan Hacızadə
Sfera.az
