Qarabağda tikintiləri yarımçıq qalan hansı şirkətdir?

Qarabağda tikintiləri yarımçıq qalan hansı şirkətdir?
Kateqoriya məlum deyil
T

“Ağdamın Xıdırlı kəndində yağışdan sonra baş verən fəsadlar onu göstərdi ki, yenə ölkə rəhbərliyinin etimadına xəyanət var. Bəli, mən bunu belə adlandırıram! Tikintiyə məsul olan şəxslər insanların ümidini qırırlar. Görünən odur ki, təcrübəsiz bir dəstə tenderin qalibi olub və işin öhdəsindən bu səviyyədə gəliblər. Tikinti olan ərazidə əvvəlcə yol strukturu nəzərə alınmalıdır. Yağış sularının hara gedəcəyini fikirləşməliydilər. Kor olmalısan ki, bu işdə böyük yeyinti olduğunu görməyəsən. Vicdanla iş görülsə, vallah-billah xırımxırdadan yenə hamınıza yetərincə nəsə qalacaq…”.

 

Sfera.az "Təzadlar"a istinadən xəbər verir ki, bu sözlər Ağdamın Xıdırlı qəsəbəsinin sakinlərindən birinin feysbuk statusundandır.

 

 

Artıq neçə gündür ki, adi bir yağışdan sonra qəsəbənin istinad divarının uçması, qəsəbənin daxilini sel sularının yuyub aparması və s. barədə videolar paylaşılır…

 

Bəs bu qədər məsuliyyətli bir işin altına çiyin vermiş tikinti şirkəti barədə nələri bilirik?

 

 

Bu qəsəbənin tikinti tenderini udan və bu işləri görən “TVM İnşaat” MMC-dir. Şirkətin saytı işləmir, amma özü haqqında belə bir dəbdəbəli təqdimatı var: “Fəaliyyətə başladığı gündən etibarən, bir ölkənin inkişafı üçün sadəcə iqtisadiyyatla bağlı atılan addımların klfayət qədər olmadığına inanan “TVM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirilən iqtisadi layihələrin bəşəriyyətin mədəniyyət toplusuna və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan onu dəstəkləməsə lazımi şəkildə reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə “TVM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti, öhdəsinə götürdüyü missiyanı dünən olduğu kimi bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. “TVM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycanı Azərbaycan edən mədəniyyət dəyərlərini sadəcə ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul etməkdədir”.

 

 

Qeyd edək ki, adıçəkilən şirkətlə Ağdam, Füzuli, Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs arasında 8 oktyabr 2024-cü ilin yanvarında Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması prosesi həyata keçirilib. Razılaşmaya əsasən, Publiki Hüquqi şəxs “TVM İnşaat” MMC-yə 135 milyon 920 min 148 manat ödəyib. Yerli sakinlərin sosial şəbəkələrdə paylaşımlarına görə, “TVM İnşaat” böyük məbləğdə vəsait əldə etməsinə baxmayaraq dövlət sifarişini nəzərdə tutulan keyfiyyətdə icra etməyib. İndi məlum olur ki, sözügedən şirkətin vəziyyəti heç də yaxşı deyil, onun maliyyə vəziyyəti müflis olmaq həddinə qədər pisləşib. 

 

Araşdırmamız göstərir ki, şirkət hal-hazırda aşağıdakı işləri tamamlaya bilmədiyi üçün böyük qalmaqallar yaşamaqdadır:

 

1. Laçında otel kompleksi

 

2. Göygöldə otel kompleksi

 

3. Gömrük hospital

 

4. Ağdamın Xıdırlı kəndi

 

5. Ağdam şəhərində yaşayış binaları

 

6. Xankəndidə otel

 

7. Xəzər Dəniz Gəmiçilik İdarəsinin xəstəxanası

 

8. Penitensiar müəssisələr

 

9. Fizuli rayonu Dövlətyarlı kəndi

 

10. DSMF binaları

 

Onu da qeyd edək ki, "İnnova İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2019-cu ildə təsis edilib. Şirkətin qanuni təmsilçisi Həsənli Elmar Azər oğludur. Etender.gov.az saytınında yerləşdirilən məlumata əsasən şirkət 2025-ci ildə 3 müsabiqə üzrə tenderin qalibi olub. Bu tenderlərin ümumi dəyəri 17 milyon 355 min manat təşkil edib. Ən bahalı müsabiqə 13,4 milyon manat dəyəri olan “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-123 üzrə binaların tikintisi işləri”nin satın alınması müsabiqəsidir.

PAYLAŞ