Dubayda yaralanan vətəndaşımız xəstəxanadan evə buraxıldı

Dubayda yaralanan vətəndaşımız xəstəxanadan evə buraxıldı
Kateqoriya məlum deyil
T

Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət almış və xəstəxanaya yerləşdirilmiş Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb və o bu gün xəstəxanadan buraxılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş konsulluğundan məlumat verilib. Məlumata əsasən, Dubay şəhərində yerləşən Azərbaycan Respublikasının Baş konsulluğu azərbaycanlı vətəndaşı və ailə üzvünü hava limanına yola salıb. Vətəndaşın bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəyə geri qayıdışı nəzərdə tutulub.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ