Ötən il nikahdankənar doğulan uşaqların SAYI AÇIQLANDI

Kateqoriya məlum deyil
T
“2025-ci ildə 11 558 nikahda olmayan anadan doğulmuş uşaq qeydiyyata alınıb”.
Sfera.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən dinləmədə deyib.
O bildirib ki, əvvəlki illərlə müqayisədə bu say azalıb.
“Belə ki, 2022-ci ildə 18814, 2023-cü ildə 15622, 2024-cü ildə 13228 olub. Bu rəqəmin azalması da dövlət orqanlarının həmrəy formada fəaliyyət göstərməsi və məktəblərdə aparılan profilaktik tədbirlərin nəticəsidir”.
