DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini andı - VİDEO

Kateqoriya məlum deyil
T
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb.
Sfera.az Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətinə istinadən xəbər verir ki, Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
Abidənin önünə gül dəstələri qoyulub, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.


