Dünyada ən çox istifadə olunan texnologiya açıqlandı

Qlobal miqyasda aparılan son araşdırmalar dünyada ən çox istifadə olunan texnologiya avadanlıqlarını üzə çıxarıb.
Sfera.az xəbər verir ki, xarici statistik platformaların məlumatına görə, smartfonlar müasir dövrdə ən geniş yayılmış texnoloji cihaz olaraq liderliyini qoruyur. Beynəlxalq statistika platforması Statista və digər analitik mənbələrin yayımladığı hesabatlara əsasən, dünya əhalisinin böyük əksəriyyəti gündəlik həyatında smartfonlardan istifadə edir. Mütəxəssislər bildirirlər ki, mobil internetin əlçatanlığı və sosial şəbəkələrin artan populyarlığı bu göstəricinin yüksəlməsində əsas rol oynayır. Araşdırmaya görə, hazırda dünyada milyardlarla insan smartfon sahibidir.
Bununla yanaşı, ağıllı saatlar, ev təhlükəsizlik sistemləri, smart televizorlar və digər internetə qoşulan avadanlıqlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnternet istifadəçilərinin sayının artması texnologiya avadanlıqlarına olan tələbi daha da gücləndirir. Xüsusilə məsafədən iş və onlayn təhsil modeli noutbuk və planşet satışlarında artıma səbəb olub. Statistik göstəricilər noutbuk və planşetlərin də ən çox istifadə olunan texnoloji məhsullar sırasında yer aldığını göstərir. İş dünyasında rəqəmsallaşma və təhsil sektorunda onlayn platformaların genişlənməsi bu cihazlara olan ehtiyacı artırır.
Bundan əlavə, oyun konsolları və simsiz audio cihazları da geniş istifadə olunan texnologiya avadanlıqları sırasındadır. Araşdırmalar göstərir ki, texnologiya şirkətləri yeni avadanlıqların hazırlanmasına milyardlarla dollar sərmayə yatırır. Məsələn, “Apple”, “Huawei” və “Intel” kimi şirkətlər tədqiqat və inkişaf xərclərinə görə liderlər sırasındadır.
Fidan Hacızadə
Sfera.az
