AZAL da üzərliklə bağlı xəbərdarlıq etdi - FOTO

Azərbaycan Hava Yolları (AZAL) Rusiyaya səfər etməyi planlaşdıran sərnişinlərə xəbərdarlıq edib.
Sfera.az xəbər verir ki, aviaşirkət xüsusilə üzərlik və oxşar bitkilərin daşınması ilə bağlı sərnişinləri diqqətli olmağa çağırıb.
Bildirilib ki, bu cür maddələrin daşınması Azərbaycan qanunvericiliyinə görə cinayət tərkibi yaratmasa da, Rusiyada ciddi hüquqi məsuliyyətə səbəb ola bilər.
Qeyd olunub ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 229.1-ci maddəsinə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) əsasən, bəzi bitkilərin ölkəyə gətirilməsi cinayət məsuliyyəti ilə nəticələnə bilər.
AZAL Rusiyaya səfər etməyi planlaşdıran vətəndaşlara üzərlik və oxşar bitkiləri özləri ilə aparmamağı, səfərdən əvvəl isə mövcud qaydalarla diqqətlə tanış olmağı tövsiyə edib.
“Qanunları əvvəlcədən bilmək sizi ciddi problemlərdən qoruyar”, – deyə məlumatda vurğulanıb.
Firuzə Əliyeva
Sfera.az

