Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın öldü

Kateqoriya məlum deyil
T
Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.
Sfera.az xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.
Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

