“Sevgi dolu İçərişəhər”dən REPORTAJ

"Sevgi dolu İçərişəhər"dən REPORTAJ
Kateqoriya məlum deyil
T

Hər il olduğu kimi, Sevgililər günü bu il də şəhərdə xüsusi ab-hava yaradıb. Paytaxtın bir çox məkanları qırmızı rəngə bürünüb, vitrinlər ürək fiqurları və romantik dekorlarla bəzədilib.

 

14 fevralın ruhunu əks etdirən ünvanlardan biri də Qoşa Qala qapısı istiqamətində, İçərişəhər ərazisində təşkil olunan “Sevgi dolu İçərişəhər” yarmarkasıdır.

 

Sfera.az-ın əməkdaşları Sevgililər Gününə özəl qurulan yarmarka ilə yaxından tanış olublar. Yarmarkada müxtəlif stendlər qurulub və hər birində bayram ab-havası açıq şəkildə hiss olunur.

 

Masalarda əsasən qadınlar üçün nəzərdə tutulan hədiyyəlik məhsullar təqdim edilir. Burada əl ilə toxunmuş oyuncaqlar, qadın aksessuarları, makiyaj vasitələri, breloklar, ətirlər, əl işi stəkanlar, hədiyyə qutuları, müxtəlif formalı ətirli şamlar və güllər satışa çıxarılıb. Eyni zamanda şirniyyat və çay stendləri də fəaliyyət göstərir. Ziyarətçilər fərqli dadlarda şirniyyatlara baxa, həmçinin isti çay süfrəsi arxasında vaxt keçirə bilirlər.

 

Yarmarkada foto çəkdirmək üçün xüsusi ürək formalı dekor da quraşdırılıb ki, bu da ziyarətçilərin ən çox maraq göstərdiyi məkanlardan biridir.

 

Satıcı Səbuhi Quluzadə bildirir ki, onların stendində Sevgililər gününə özəl müxtəlif hədiyyələr mövcuddur:

 

 

“Əsasən qızılgüllərimiz var, qiyməti 6 manatdır. Tülpanlar 3 manatadır. Oyuncaqların qiyməti isə ölçüsündən asılı olaraq 10 manatdan 150 manata qədər dəyişir. Buketlərimizin həm təbii, həm də süni variantları var. Hədiyyə qutularımız 10-15 manat arasındadır. Yarmarka ayın 11-dən fəaliyyət göstərir. Ən çox tələbat güllərədir. Oyuncaqlardan isə əsasən orta və kiçik ölçülərə üstünlük verilir”.

 

Digər satıcı David Vəliyev isə qeyd edir ki, məhsullara yalnız sevgililər deyil, turistlər də maraq göstərirlər:

 

 

“Bizim hədiyyələrimiz təkcə sevgililər üçün deyil. Turistlər də övladları üçün seçim edirlər. Hazır dəst hədiyyələrimiz 25 manatdır. Dəstin içində qadınlar üçün makiyaj vasitələri var. Satdığımız stəkanlar əl işi keramikadır, qiymətləri 20-50 manat arasında dəyişir.

 

Eyni zamanda ətirli şamlarımız da mövcuddur”.

 

Qeyd edək ki, “Sevgi dolu İçərişəhər” yarmarkası həm yerli sakinlər, həm də şəhər qonaqları üçün romantik hədiyyə seçimləri təqdim etməklə yanaşı, paytaxtda bayram əhval-ruhiyyəsini daha da gücləndirir.

 

Fidan Hacızadə

Sfera.az

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
PAYLAŞ