Uşaqlar niyə aqressivləşib? - Psixoloq RƏYİ

Son dövrlər uşaqlar arasında səbəbi dəqiq müəyyən olunmayan aqressiv davranışların artdığı müşahidə edilir. Bu cür psixoloji gərginlik bəzən uşaqlar arasında həddindən artıq mübahisələrə, hətta zorakılıq hallarına yol açır.
Bu vəziyyətin bir çox hallarda uşaqların izlədiyi filmlər və oynadığı oyunlarla əlaqəli olduğunu iddia edilir.
Maraqlıdır ki, valideynlər övladlarını film və ya oyunların mümkün mənfi təsirlərindən uzaq tutmaq üçün nə etməlidirlər?
Sfera.az-a bu barədə açıqlama verən psixoloq Gövhər Məmmədova son dövrlərdə uşaqlarda artan aqresivlik hallarının daha çox müşahidə olunduğunu deyib. Psixoloqun fikrinə əsasən, bunun altında bir çox səbəblər yata bilər, ən başlıcası dövrümüzün beyin "zəhərləyən" oyun və videolarıdır:

“Valideynlər bu mövzuda çox diqqətli olmalıdırlar, əgər nəzərimizə uşağın davranışlarında olan fərqlər, əlavə aqresivlik, şiddət kimi davranışlae çarpırsa, deməli “SOS”siqnalını almalıyıq. Mən xüsusilə "roblox" və bənzəri oyunları vurğulamaq istəyirəm, çünki bu oyunlar uşaqları real həyattan uzaqlaşdırıb, beyin inkişafına mənfi təsir göstərir. Həmçinin izlənən şiddət içərikli videolar, hər biri uşağın beynində epizod olaraq qalır, uyğun şərait tapan kimi epizodları hərərkətə çevirir".
G.Məmmədova əlavə edib ki, mümkün qədər uşaqlarla çox vaxt keçirmək, ailəvi fəaliyyətlərlə məşğul olmaq, söhbət etmək, anlamaq müəyyən qədər ortaya çıxan mənfi təzahürlərin önünə keçə bilər.
Fidan Hacızadə
Sfera.az
