“Velizar” məhkəmədə etiraf etdi: Peşmanam

"Velizar" məhkəmədə etiraf etdi: Peşmanam
Kateqoriya məlum deyil
T

Fevralın 2-də inzibati qaydada həbs olunan “Velizar” kimi tanınan tiktoker Salman Məmmədovun məhkəmədə verdiyi ifadə məlum olub.

 

Sfera.az Publika.az-ın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsinin tələblərini pozmaqda ittiham edilən 1996-cı il təvəllüdlü S.Məmmədov məhkəmədə əməlini etiraf edib:

 

“Uzun illər Türkiyədə yaşayıb və orada sosial media işlədərək canlı yayımlar açmışam. Azərbaycana gəldikdən sonra burada da canlı yayımlar açaraq bir neçə blogerlə yarış şəklində oyunlar oynayıb və nalayiq ifadələr istifadə etmişəm. Həmin ifadələrin qadağan olduğunu bilməmişəm. Qadağan olduğunu bildikdən sonra isə istifadə etməmişəm. Əməlimdən səmimi peşmanam, bir daha belə hallara yol verməcəyinə söz verirəm”.

 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin tələblərini pozan Salman Məmmədov 30 sutka müddətinə inzibati qaydada həbs olunub.

PAYLAŞ