Statistika Komitəsinin yeni sədri kimdir? – DOSYE

Kateqoriya məlum deyil
T
Prezident İlham Əliyevin Sərəncamı ilə Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
Sfera.az xəbər verir ki, Azər Mursaqulov Türkiyənin Boğaziçi Universitetinin məzunudur və ABŞ-nin Corciya Universitetində iqtisadiyyat üzrə Fəlsəfə Doktoru (PhD) elmi dərəcəsi alıb.
2010-2012-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında icraçı direktorun müşaviri kimi fəaliyyət göstərib. 2012-2019-cu illərdə isə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2019-cu ildən etibarən o, Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsini icra edib.
Bəsti Rəfizadə
Sfera.az

