Dövlət Gömrük Komitəsində yeni təyinatlar oldu

Dövlət Gömrük Komitəsində yeni təyinatlar oldu
Kateqoriya məlum deyil
T
Dövlət Gömrük Komitəsində yeni təyinatlar olub.


 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov müvafiq əmrlər imzalayıb.
 

Əmrlərə əsasən, gömrük xidməti mayoru Elçin Zülfəli oğlu Qasımzadə Audit İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Rövşən Siyafiq oğlu Namazov Gömrük Siyasəti Baş İdarəsinin rəisi, gömrük xidməti mayoru Şamil Rizvan oğlu Həsənli isə Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib. iqtisadiyyat.az

PAYLAŞ