Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın vəziyyəti necədir?

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın vəziyyəti necədir?
Kateqoriya məlum deyil
T

Ağcabədi rayonunun Aşağı Avşar kəndində iki gün öncə bıçaqlanan 7 yaşlı uşağın son vəziyyəti açıqlanıb.

 

Sfera.az xəbər verir ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Musavat.com-a bildirilib ki, azyaşlının vəziyyəti ağır olaraq qalır.

 

Qeyd olunub ki, pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. 

 

Xatırladaq ki, Ağcabədi rayonunda azyaşlı şəxs çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin 12 yaşı olduğu bildirilir.

PAYLAŞ