İcra başçısının müavini vəzifəsindən çıxarılan şəxs generalın qardaşıdır

İcra başçısının müavini vəzifəsindən çıxarılan şəxs generalın qardaşıdır
Kateqoriya məlum deyil
T

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad olunan İlqar Mirzəyev yüksək rütbəli məmurun ailə üzvüdür. 

 

Sfera.az “Yeni Sabah”a istinadla xəbər verir ki, o, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirəzyevin qardaşıdır.

 

İlqar Mirzəyev dövlət qulluğunda xidmətin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

 

Qeyd edək ki, Mirzəyev qardaşları Naxçıvan şəhərində anadan olublar.

PAYLAŞ