Bakıda binada yanğın - YENİLƏNİB

Bakıda binada yanğın - YENİLƏNİB
Kateqoriya məlum deyil
T

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş vermiş yanğın məhdudlaşdırılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumat yayıb.

 

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

 

xxx

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada yanğın baş verib.

 

Sfera.az xəbər verir ki, bu barədə, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

PAYLAŞ