Elşad Miraləmə yeni vəzifə verildi

Elşad Miraləmə yeni vəzifə verildi
Kateqoriya məlum deyil
T

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatına yeni rəhbər təyinatı olub.

 

Sfera.az xəbər verir ki, bu vəzifəyə Elşad Mircavad oğlu Miraləm təyin edilib.

 

İxtisasca jurnalist olan Elşad Miraləm 2005-2018-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətə başlayan E.Miraləm sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifələrini tutub.

 

Məlumat üçün bildirək ki, Aparatın keçmiş rəhbəri Nəriman Qurbanov 24 oktyabr 2025-ci il tarixində vəfat etdiyindən bu vəzifəyə yeni təyinat gözlənilirdi. /Modern.az

PAYLAŞ