İki gün intensiv Qar YAĞACAQ

Kateqoriya məlum deyil
T
Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
