Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Kateqoriya məlum deyil
T

Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.

 

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

PAYLAŞ