Daha bir avtobus yeniləndi - Gediş haqqı 60 qəpik olacaq

Daha bir avtobus yeniləndi - Gediş haqqı 60 qəpik olacaq
Kateqoriya məlum deyil
T

Paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı, Əmircan və Bülbülə qəsəbələrini metronun "Koroğlu" və "Ulduz" stansiyaları ilə əlaqələndirən 184 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir. 

 

Sfera.az xəbər verir ki, dekabrın 28-dən sərnişinlərin xidmətinə veriləcək 12 böyüktutumlu "Yutong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. 

 

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0.60 AZN müəyyən edilib.//milli.az

PAYLAŞ